14 aprel mitinqi baş tutdu-Müxalifət seçkiyə etiraz etdi
Featured

15 Aprel 2018

Milli Şura və Müsavat Partiyasının 3-cü etiraz mitinqi aprelin 14-də Məhsul stadionunda baş tutub. Mitinqdə 11 apreldə keçirilən prezident seçkilərinin saxtalaşdırılmasına etiraz ediblər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, aksiya ilə bağlı məlumat yayan Bkı Şəhər Polis İdarəsi (BŞPİ) ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarının qeydə alınmadığını bildirib.

Havanın soyuq və yağışlı olmasına baxmayaraq aksiyada xeyli etirazçı iştirak etsə də Bakı polisi və yerli telekanallar iştirakçıların sayını azaldaraq minə "çatdırıb".

Aksiyanın təşkilatçıları isə Bakı Şəhər Baş Polis İdarəsinin qeyd etdiyi rəqəmi yanlış hesab edirlər. Təşkilatçılar deyir ki, Bakı polisi aksiyaçıların sayını dəfələrlə kiçildib.

Qeyd edək ki, Milli Şura və Müsavat Partiyası budan öncə, martın 31-də və martın 10-da birgə aksiya keçiriblər.

Aksiyadan öncə müxalifətçi fəalların -Nicat Nizamov, Ruslan Nəsirli və digərlərinin həbs edildiyi bəlli olub. Nicat Nizamov azadlığa çıxsa da, Ruslan Nəsirli 15 sutka həbs cəzası alıb.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net