Milli Məclis təcili iclas çağırdı - Sabah Baş nazir seçiləcək
Featured

20 Aprel 2018

Sabah saat 12.00-da Milli Məclisin plenar iclası keçiriləcək.

İclasın gündəliyi barədə məlumat verilməyib.

Milli Məclisin sabahkı iclasında Baş nazirin kimliyi bəlli olacaq.

Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür və həmin namizəd Milli Məclisə təqdim edilir.

Əgər Milli Məclis razılıq verərsə prezident onu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edir.

Top
JoomlaLock.com All4Share.net