"Fəxri Legion" ordenli baş nazir
Featured

21 Aprel 2018

Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Aprelin 21-də Milli Məclisin iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib. Daha sonra Milli Məclis Novruz Məmmədovun Baş nazir olmasına razılıq verib. Bu barədə ilk məlumatı deputat Zahid Orucov öz "Facebook" səhifəsində yayıb.

Baş nazirin 71 yaşı var.

Novruz Məmmədov 1997-ci ildən Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 

71 yaşlı Novruz Məmmədov Naxçıvan MR, Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1970-ci ildə Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsini bitirib. O, 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif olunub.

O, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə "Şərəf" ordenlərin ilə təltif edilib.

Novruz Məmmədovun Azərbaycan, fransız, rus, ingilis və türk dillərini bildiyi deyilir.

Evlidir. Üç övladı və nəvələri var.

Top
JoomlaLock.com All4Share.net