Rövşən Əhmədli: "Qarabağ müharibəsində daha çox uduzan tərəf ermənilərdi"
Featured

08 May 2018

Əslində faciənin yaşı olmur. Yenisi də, köhnəsi də ağrıdır, acıdır. Amma insan unutqanlığa alışıbsa, o zaman dəyər hissini itirəcək. Artıq həyatındakıların onun üçün heç bir dəyəri olmadıqca unudacaq, bu sonsuza qədər olmasa da, o adamın sonuna qədər baş verir.

Məsələn, Qarabağın, Qarabağın nadir incisi, qürurlu gözəli Şuşanın düşmənin əlində inlədiyini bildiyin halda bu itkiyə acıyla deyil, adi halda yanaşmaq artıq bir xalqın yoxluğa atdığı ilk addımlarıdır. Çox dəhşətlidi bu ayaq səsləri...

Bu gün Şuşanı itirməyimizin ildönümüdür. Aradan neçə onilliklər keçdi, amma bu itkiyə alışa bilmədik. Daha doğrusu, alışdırmağa çalışanlar buna nail olmadı.

Vetenugrunda.az-ın suallarına Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi, Şuşanın müdafiəsi üçün canını sipər edən döyüşçülərimizdən biri olan Rövşən Əhmədli cavab verir:

Bu gün Şuşanın işğalından onilliklər ötür artıq. Sizcə Şuşanın alınmasında ermənilərdən başqa kimlərin marağı var idi və ya Şuşa hansı siyasətin qurbanı oldu?

-Ümumilikdə Azərbaycan torpaqlarının işğalı, yəni bu günə kimi itirdiklərimiz, bilavasitə regional geosiyasi maraqlar- böyük dövlətlərin bu regionda toqquşan maraqları, eyni zamanda uzun illər Azərbaycan xalqının öz tarixi köklərindən milli -mənəvi, dini dəyərlərindən ayrı salınmasının nəticəsidir.

Ermənilər tarix boyu məskunlaşdıqları ərazilərdə, o ərazidə olan insanlara, millətlərə, xalqlara, dövlətlərə hər zaman xəyanət yolu tutub. Xəyanət erməni millətinin tarixinə daşla həkk olunacaq bir həqiqətdir.

Ermənilərin uydurma soyqırım hekayəti isə onların regionda marağı olan qüvvələrə xidmət etməklə, yaşadığı ölkənin torpaqları hesabına bir Ermənistan qurmaq istəyinə xidmət edir.

Ermənilərin Qarabağ ərazisinə köçürülməsinin tarixi də çox qədim deyil. Lakin ermənilər, tarixi Azərbaycan ərazisinə, azərbaycanlıların vətəninə iddia irəli sürərək zaman-zaman bu iddiaların gerçəkləşdirilməsi üçün əlverişli tarixi  fürsəti gözləmişdir. Ümumilikdə, ermənilər həmişə geosiyasi oyunlarda alət olmuşdur. Azərbaycan torpaqlarının işğalında keçmiş SSRİ-nın, hazırda isə Rusiya dövlətinin təkzibolunmaz rolu olmuşdur.

Əslində SSR-nın dağılması prosesinin başlanması birbaşa ermənilərin məkirli siyasətinin sayəsində mümkün oldu. Bütün bunlara baxmayaraq, Rusiya bu gün də ermənilərdən, bu geosiyasi məkanda öz maraqlarını həyata keçirmək üçün alət kimi istifadə etməkdədir.

Eyni zamanda böyük dövlətlərin -Türkiyə, Azərbaycan, İran, Şimali Qafqaz müsəlman ölkələri arasında xristian təəsübkeşliyi manipuliyasiyası ilə erməniləri birtəfəli qaydada müdafiə edib, dəstəkləməsi faktı da günümüzün reallığıdı.

SSRİ-nin dağılması prosesində Azərbaycanın ərazilərinin işğal olunaraq müharibəyə cəlb edilməsi, Azərbaycanda hakimiyyətdaxili çəkişmələr, mütəşəkkil hazırlıqlı ordunun olmaması, dağıdılmış, iflic olmuş iqtisadiyyat, xaos və anarxiya da, alınmaz qala olan Şuşanın süqutunda əhəmiyyətli amillərdəndir.

-Şuşanı geri almaq şərəfinə nail olmaq arzusunun reallaşmasına inanırsınızmı? Axı indiyə qədər Azərbaycandan qoparılan torpaqların bir qarışı da geri alınmayıb.

Картинки по запросу şuşa

-Bu çox düşündürücü sualdır. Bu məsələdə durmumuz acınacaqlı və utancvericidir. Bir müharibə veteranı, Qarabağ qazisi, Şuşanın müdafiəsində iştirak etmiş döyüşçü kimi ana vətənimizin bir parçası olan, nəinki Qarabağımızı, bütün itirilmiş vətən torpaqlarımızın azad olunub geri qaytarılması hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşınını şərəf, ləyaqət borcudur.

Qarabağımızın, bütövlükdə Azərbaycanımızın işağl olunmuş bütün ərazilərinin azad olunacağına bir an belə inamımı itirməmişəm və Allahın lütfi ilə, xalqımızın igid oğlanlarının pak qanlarıyla vətənimizi işğaldan azad edəcəyik. Qanında azərbaycanlı qanı axan, Azərbaycanı doğma vətəni bilən, milliyətindən və dinindən aslı olmayaraq hər bir vətəndaşımız canı və qanı ilə bu şərəf savaşına hazır olmalıdı və hazırdı. Ötən il baş verən aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqının igid, cəsur övladları işğalçı düşmən qüvvələrini məhv edib, vətənin müqəddəs torpaqlarını azad etmək gücündədir. 

-Hazırda Qarabağ siyasətində uduzan və qazanan tərəflər haqqında nə deyə bilərsiz?

-Qarabağ savaşında və siyasətində daha çox uduzan, uzun zaman bunun acısını yaşayacaq olan tərəf mənim fikirimcə ermənilərdir. Çünki ermənilər özləri də hamıdan daha dəqiq bilir ki, bu tarixi ərazilər Azərbaycan xalqına məxsusdur və burada yaşama haqqını bu xalqa Allah verib.

Azərbaycanın tarixi ərazilərini işğal etmiş ermənilər qalib durumda görsənsələr də, əslində ermənilər daha çox itirən tərəfdi və bu zaman məsələsidi. Ermənilər gec- tez anlamalıdırlar və anlayacaqlar ki, Rusiyanın birbaşa yardımı ilə işğal etdikləri ərazilərdən çəkilməyincə, azərbaycanlılara qarşı qeyri-sağlam, xəstə təfəkkür dəyişmədikcə, Ermənistan adlı vassal rejim bu coğrafiyada heç bir prespektivə malik olmayacaq.

Ermənistan hərtəfərli iqtisadi-siyasi tərəqqi üçün müharibə ritorkasına son verərək daha rasional siyasət yürütməklə qonşuları ilə normal qarşılıqlı əlaqələr qurulmasına çalışmalıdır.

Azərbaycan hakimiyyəti isə nəhayətdə hüquqi dövlət quruculuğuna başlamalı, ciddi sosial, siyasi- iqtisadi, hüquqi  islahatlar aparmalı, xalq- hakimiyyət birliyini əldə etməklə Qarabağı və bütünlükdə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməlidir.

Top
JoomlaLock.com All4Share.net