AXCP-li gənclərin məhkəməsi başlayır
Featured

30 May 2018

 

Sabah Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin və AXCP Nərimanov rayon təşkilatının sədri Babək Həsənlinin apellyasiya məhkəməsi başlayır. Bu barədə Ruslan Nəsirlinin vəkili Fariz Namazlı vetenugrunda.az-a məlumat verib.

Vəkili Fariz Namazlı bildirib ki, sabah saat 15:00-da Babək Həsənlinin, sabah saat 15:20-də isə Ruslan Nəsirlinin Bakı Apellyasiya Məhkəməsində  apellyasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, mayın 25-də günün ikinci yarısı AXCP Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəm, Ruslan Nəsirli və Babək Həsənli polislər tərəfindən saxlanılıb. Hər üç şəxsin evində axtarış aparılıb. Bu günə qədər onların harda saxlanması haqqında valideyinlərinə və yaxınlarına məlumat verilməyib. Hər üç şəxsin vəkillə görüşməsinə şərait yaradılmayıb. 

 

Top
JoomlaLock.com All4Share.net