Qüds və Qarabağa AZADLIQ!-BƏYANAT
Featured

08 İyun 2018

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (QAUİMH) Beynəlxalq Qüds Günü ilə bağlı

                                                                BƏYANATI

Hər il olduğu kimi bu il də Mübarək Ramazan ayının son cümə günü bütün dünyada tərəqqipərvər bəşəriyyət zülmə, ədalətsizliyə təcavüzə, işğala qarşı etiraz olaraq Qüds Gününü müxtəlif tədbirlərlə qeyd edirlər.

Zülmə və ədalətsizliyə etiraz olaraq Qüdsün rəmz olaraq seçilməsi təsadüf deyil. Son 70 il ərzində dinc Fələstin xalqının öz tarixi vətənlərində müstəqil dövlət yaratmaq üçün apardığı müqavimət hərəkatına sionist İsrail rejiminin amansız qətliamlar törətməklə, daha da artan azğınlıqlarla cavab verməsi dünyada sülh, əmin-amanlıq, ədalət, insan hüquq və azadlıqlarını sual altına alır, beynəlxalq hüquq normalarını heçə endirir.

İsrail rejiminin bütün hərbi cinayətlərinin təşkilatçı və himayədarı olan ABŞ-ın bu il müqəddəs Qüds şəhərini İsrail rejiminin paytaxtı elan edərək öz səfirliyini Tələvivdən Qüdsə köçürməsi bütün beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamaələrinə zidd olmaqla, məzlum Fələstin xalqına qarşı yeni siyasi və hərbi soyqırıma rəvac verdi.

İşğalçı sionist İsrail rejiminin bu ədalətsiz qərara etiraz edən məzlum Fələstin xalqına qarşı hərbi divan tutmaqla uşaq, qadın, qoca, əlil, tibb işçiləri, KİV nümayəndələri olmaqla 100-dən artıq günahsız dinc əhalini qətlə yetirməsi isə insanlıq adına rəzalətdir.

ABŞ-ın ədalətə, hüquqa, insanlığa zidd olan bu qərarı təcavüzkar dövlətlər üçün hüquqi president yaratmaqla, gələcəkdə daha böyük münaqişə və müharibə ocaqlarının yaranmasına şərait yaradır.

Bu kimi nümunələrin gələcəkdə Azərbaycanın işğal olunmuş tarixi ərazilərində də baş verməsi təhlükəsi mövcuddur.

Eyni zamanda ABŞ-ın bu qərarı işğalçı dövlətlərə qəsb etdikləri əraziləri de-yure öz ərazisi kimi rəsmiləşdirməyə hüquqi əsas yaratmış olur.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı olaraq ABŞ-ın ədalətə, insanlığa, hüquqa zidd bu qərarını qətiyyətlə pisləyərək rədd edirik. Sionist İsrail rejiminin Fələstin xalqına qarşı hərbi-siyasi soyqırım cinayətlərinə son qoyulmasını tələb edirik!

Biz Qüdsə, Qarabağa və işğal olunmuş bütün torpaqlara azadlıq tələb edirik!

Biz Fələstin xalqının ədalətli mübarizəsi və müqavimətini müdafiə edirik!

8 iyun 2018-ci il Bakı şəhəri

Top
JoomlaLock.com All4Share.net