Zəfər Əhmədovun həbsi son deyil-VİDEO
Featured

28 İyul 2018

İyulun 27-də həbs edilmiş AXCP fəalı, Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvü Zəfər Əhmədovun həyat yoldaşı Qənimət Əhmədovanın səhhətində ciddi problemlər yaranıb. Bu barədə iyulun 28-də baş tutan toplantıda yazıçı və siyasi fəal Zümrüd Yağmur məlumat verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Zəfər Əhmədlinin qanunsuz həbsinə etiraz edən hüquq müdafiəçiləri və siyasi məhbus ailələri bir araya gəlib.

Tədbirdə çıxış edən Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, yazar Zümrüd Yağmur, hüquqşünas Əlövsət Sadıqlı, AXCP sədrinin müavini Nurəddin Məmmədli, siyasi məhbuslar Qiyas İbrahimlinin anası Şura Əmiraslanova və Orxan Baxışlının anası Kəmalə Rəhimli siyasi məhbuslara və fəallara qarşı edilən haqsızlığı pislədilər və ardıcıl olaraq həbslərin, hətta oğurlanmaların insan haqlarına zidd olduğunu qeyd etdilər. 

Zəfər Əhmədovun xaricdə yaşayan qızı Fidan Əhmədova tədbirə virtual olaraq qatıldı və atasının həbsinə onun siyasi fəaliyyətini, daha çox facebook sosial şəbəkəsində paylaşdığı statusların səbəb olduğunu bildirdi.

Fidan Əhmədova atasının həbsindən dərhal sonra onun facebook sosial şəbəkədəki hesabını ələ keçiriblər və profil şəkillərini dəyişərək, nəvəsinin və həyat yoldaşının şəklini yerləşdiriblər.

 

Tədbirin sonunda çıxış edən Hacı Rövşən Əhmədli Zəfər Əhmədovun həbsinin son olmadığını və bu həbslərin ardıcıllığının davam edəcəyəini bildirdi. O, Siyasi Məhbus Ailələrinin Koordinasiya Mərkəzi və Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin bəyanatını oxudu. 

Qeyd edək Zəfər Əhmədov ötən gün Xətai Məhkəməsinin qərarına əsasən polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. O, siyasi məhbus Fuad Əhmədlinin atasıdır. 

Fuad Əhmədli 2016-cı ilin avqustun 17-də saxlanılıb. O, işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürməkdə ittiham edilir. Bildirilir ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənə aid materiallar olan disklər, kitablar tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsib.

F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net