Mehman Hüseynovun anası dünyasını dəyişdi: "Bu siyasi qətldir"
Featured

06 Avqust 2018

Həbsdə olan bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da gecə saat bir radələrində vəfat edib.

Firəngiz Hüseynova iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Süni nəfəs aparatına qoşulub.

Firəngiz Hüseynovanın oğlu Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi Emin Hüsenyov 2015-ci ildə mühacirətə gedib. Onun rəhbərlik etdiyi RATİ 2014-cü il avqustun 8-də istintaq orqanları tərəfindən bağlanıb. Emin Hüseynov 10 ay İsveçrənin Azərbaycandakı səfirliyinə sığındıqdan sonra bu ölkənin xarici işlər nazirinin Bakıya səfəri zaman onun təyyarəsində ölkəni tərk edib. Hazırda İsveçrədə mühacirətdədir.

Hüseynovanın digər oğlu Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin 3 mart 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsində (böhtan) nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Mehman Hüseynov Qaradağ rayonun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Mehman Hüseynov ölkədə sərt tənqidçi blogerlərdəndir.

O, hökumətin həyata keçirdiyi bir sıra layihələr, məmurlar, yüksək vəzifəli şəxslər, deputaların bahalı villaları, evləri və ev əşyaları ilə bağlı ifşaedici video reportajların müəllifidir. Hər dəfə onun video reportajları geniş rezonansa səbəb olub, sosial şəbəkələrdə yüz minlərlə insan tərəfindən izlənilib. Mehman Hüseynovun facebook səhifələrinin hazırda 400 mindən çox izləyicisi var.

Vəkillərin, jurnalistlərin dəfələrlə hökumətə, o cümlədən ədliyyə nazirinə, Penitensiar Xidmətin rəhbərinə, ombudsmana müraciətlərinə baxmayaraq həbsdə olan Mehman Hüseynovun anası ilə görüşünə icazə verilməyib.

Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində anasının ölümünü "siyasi qətl" adlandırıb.

"Anamın Mehmanın həbsinədək hər hansı xəstəliyi yox idi. Siyasi rejim anamı xəstə etdi", o qeyd edib. Ölümün səbəbi hesab edirik ki, siyasi basqılar nəticəsində vaxtından əvvəl getmədir. Biz artıq buna siyasi müstəvidə qiymət verəcəyik.

Anamızın əzab əziyyətli xəstəliyi nəticəsində dünyasını dəyişmək mövcud siyasi iqtidarın üzərinə düşür məsuliyyət. Çünki onların əsassız siyasi təqibləri qardaşıma vəözümə qarşı olmasaydı ola bilsin bu gün ürək xəstəsi olub bu şəkildə xəstəxanaya düşməzdi. Daha çox yaşayardı.

Hakimiyyət Mehmanı həbsə atmaqla, anamızı bu hala qoymaqla bizdən qisas almaq və cəmiyyəti qorxutmaq məqsədini daşıyırdı. Çalışırdılar ki, buna nail olsunlar tənqidçi jurnalisti təkcə özünü yox, ailə üzvlərini didərgin salıb.

Gecə saat 1 radələrində bizə deyilənə görə həkimlər əllərindən gələni etmək istəyiblər. Amma biz buna inanmırıq.Çünki bunu tibbi ekspertiza göstərəcək. Başqa sübutlar gətirəcəyik. Xəstəxanada onun yanına başqa, kənar adamlardan kimlər gəlib getdiyiniolan video görüntüləri istəyəcəyik. Kənar müdaxilələr olubdur ki, vəziyyəti birdən birə kəskin şəkildə pisləşib.

Vəkil artıq bu gün müraciət edəcək Penitensiar Xidmətə ki, Mehman Hüseynov anasının dəfn mərasimində iştirak etsin. Mehmanın anamızın vəfat etməsindən hələ ki xəbəri yoxdur.anamızı bu rejim qətlə yetirib. Bunlar mərhəmət hissini itirib. Mənim bu gün anamın dəfnində iştirakım faktiki olaraq mümkünsüzdü. Amma zaman gələcək bu mövcud iqtidar siyasi səhnədən gedəndən sonra ancaq o zaman gəlib anamın məzarını ziyarət edə biləcəm"deyə E.Hüseynov vurğulayıb.(amerikanın səsi)

Top
JoomlaLock.com All4Share.net