Merkelin Bakı səfəri daha iki siyasi məhbusun azadlığına səbəb olacaq
Featured

13 Avqust 2018

Bu gün (avqustun 13-də) Şəki Apelyasiya Məhkəməsində REAL Partiyasının lideri İlqar Məmmədovun məhkəməsi olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, məhkəmə İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Amma Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında çıxardığı qərara baxmayaraq iqqtidar REAL sədrinin azadlığını təmin etmədi. 

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edilib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərildi.

Sosial şəbəkələrdə çıxış edən politoloqlar və siyasi fəallar isə REAL sədrinin azadlığa çıxmasının səbəbi kimi Almaniya kansleri Angela Merkelin ölkəmizə səfərini göstərirlər.

Qeyd edək ki, almaniya kansleri Angela Merkel avqustun ikinci yarısında İrəvana səfər edəcək.

Kanslerin avqustun 23-də Tiflisə, 24-də İrəvana, 25-də isə Bakıya səfəri planlaşdırılıb.

Kanslerin gəlişi ilə daha iki siyasi məhbusun-şərlənərək həbs edilən jurnalisltlər Mehman Hüseynov və Seymur Həzinin də azadlığa çıxacağı deyilir. 

Top
JoomlaLock.com All4Share.net