İlqar Məmmədov: "Tale Bağırzadəyə təşəkkür edirəm"-VİDEO
Featured

04 Sentyabr 2018

Bu gün REAL partiyasının sədri İlqar Məmmədov həbsdən azad olunduqdan sonra ilk mətbuat konfransını keçirdi.

REAL-ın ofisində baş tutan konfransda media nümayəndələri və ölkəmizdəki xarici ölkələrin diplomatik korpusunun nümayəndələri iştirak etdi.

Vetenugrunda.az-ın əməkdaşının verdiyi xəbərə görə, konfrans 3 hissədən ibarət olub. Jurnalistlərin suallarını cavablandıran İlqar Məmmədov tədbiri açdıqdan sonra sözü onu müdafiə edən vəkillərinə verib. Tanınmış vəkillər Cavad Cavadov, Fuad Ağayev, Şəhla Hümmətova və Xalid Bağırov İlqar Məmmədovun məhkumluq zamanı üzləşdiyi qanunsuzluqlardan danışıblar.

Vetenugrunda.az-ın əməkdaşının "Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə sizə azadlığa çıxmağınız münasibətiylə məktub ünvanlamışdı. Bu məktuba və ümumilikdə Nardaran olaylarına münasibətiniz necədir?" sualını cavablandıran partiya sədri deyib ki o, Nardaran olaylarını öyrənməyə çalışır: "Məktuba görə Tale Bağırzadəyə təşəkkür edirəm. Biz Azərbaycanda hər bir vətəndaşın hüquqlarının müdafiəsinə çalışırıq. Biz istəyərdik ki, Cumhuriyyət dəyərləri çərçivəsində dinindən, dilindən, əqidəsindən aslı olmayaraq hər kəsin hüquqları qorunsun".

 

Top
JoomlaLock.com All4Share.net