Əhsən Nuruzadə "kars"a salındı
Featured

10 Sentyabr 2018

Müsəlman Birliyi Hərəkatının həbsdə olan fəal üzvü Əhsən Nuruzadəyə13 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi 1 aylıq "kars" cəzası tətbiq edib.

Bu barədə Əhsən Nuruzadənin yaxınları məlumat verib.

Əhsən Nuruzadə artıq 1 həftədir ki, cəza kamerasındadır.

YADDAŞ

Müsəlman Birliyi Hərəkatının fəal üzvü Əhsən Nuruzadə 7 il azadlıqdan məhrum edilib. Bu ilin martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Əhsən Nuruzadə 2017-ci ilin oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunub.

Amma Əhsən Nuruzadə ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.

Top
JoomlaLock.com All4Share.net