İsrail müdafiə naziri beş gün Azərbaycanda qalacaq
Featured

14 Sentyabr 2018

Sentyabrın 13-də Bakıya gələn İsrailin müdafiə naziri Aviqdor Libermanın səfəri beş gün çəkəcək

Bakıda Liberman Azərbaycan prezidenti İlham Əliyevlə saatlarla sürən danışıqlar aparıb, daha sonra müdafiə naziri, fövqəladə hallar naziri, Sərhəd Qoşunlarının komandanı ilə görüşlər keçirib. İsrail müdafiə nazirinin Azərbaycanın xarici işlər naziri, baş naziri və baş nazirin müavini ilə görüşləri də nəzərdə tutulub.

İsrail Müdafiə Nazirliyindəki mənbələrdən virtualaz.org-a məlum olub ki, A.Libermanın Bakı səfəri sentyabrın 17-nə qədər davam edəcək. Bu isə dünyada bir ilkdir. Belə ki, indiyə qədər hansısa ölkənin müdafiə nazirinin 5 günlük xarici səfərinə rast gəlinməyib.

Libermanın Azərbaycan rəhbərliyi ilə danışıqları bağlı qapılar arxasında keçir və proqamı açıqlanmır.

Top
JoomlaLock.com All4Share.net