AXCP fəalı Orxan Baxışlıya hökm oxundu-6 il
Featured

18 Sentyabr 2018

Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə AXCP üzvü Orxan Baxışlının cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub. Belə ki, hakim M. Ağalarov Orxan Baxışlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Qeyd edək ki, sentyabrın 13-də keçirilən məhkəmədə dövlət ittihamçısı O. Baxışlının 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb.

Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib.

Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı.

Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi.

Top
JoomlaLock.com All4Share.net