"Murtuz Ələsgərov Azərbaycan xalq hərəkatının generallarından biri olub"
Featured

02 Oktyabr 2018

"Murtuz Ələsgərov Azərbaycan xalq hərəkatının generallarından biri olub. Bu sözü deməyə çəkinmirəm, xalq hərəkatında general yox idi. Murtuz Ələsgərovun orada təmsil olunması xalq hərəkatına məzmun və forma verdi".

Bunu Bakı Dövlət Universitetində (BDU) ictimai-siyasi xadim Murtuz Ələsgərovun 90 illiyinə həsr edilən beynəlxalq elmi konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

"O, Kortəbii formada olan xalq hərəkatının sonrakı dövrdə mütəşəkkilləşməsinə dəstək verdi. Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablanmış yaş senzi məsələsi ortaya atılmışdı.

Həmin məsələ ilə bağlı xeyli deputat etiraz etmişdi. Onlar arasında Arif Rəhimzadə, Eldar İbrahimov var idi. Onlar parlamentdə müzakirə olunan ədalətsiz qərara qarşı mübarizə aparırdılar. İctimai dəstəyi isə Murtuz Ələsgərov verirdi.

Həmin dövrdə Murtuz Ələsgərov ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoydu. Ona fiziki xəsarət də yetirmişdilər".(report)

Top
JoomlaLock.com All4Share.net