Səid Dadaşbəyli dəstəsində həbs edilən iki siyasi məhbus karsa salınıb-SƏBƏBSİZ
Featured

12 Oktyabr 2018

Səid Dadaşbəyli qrupunda həbs edilən iki siyasi məhbus, 7 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Ceyhun Əliyev və Samir Qocayev bu gün səhər karsa salınıb.

Bu barədə Vetenugrunda.az-a Ceyhun Əliyevin xanımı Güney Əliyeva məlumat verib: “Bazar günü Ceyhunun yanına gedəcəydik. Yemək hazırlayırdım onunçun. Ceyhunun zindan yoldaşlarından biri zəng edib dedi ki, Ceyhunla Samiri səhər karsa salıblar. Amma karsa salınma səbəbi izah edilməyib”. Samir Qocayev (1979-cu ildə anadan olub) 13 il, Ceyhun Əliyev (1983-cü ildə anadan olub) 14 il azadlıqdan məhrum edilib.

Samir Qocayevin azadlığa çıxmasına 1 il 3 ay, Ceyhun Əliyevin isə 2 il 3 ay qalıb.

Güney xanım deyir ki, həbsxana ilə əlaqə saxlayıb məhkumların hazırki durumu ilə maraqlansa da ona heç bir məlumat verilməyib.

Qeyd edək ki, 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin göstərişi ilə nazir Eldar Mahmudov 12 gənci həbs edib. Hakim Ənvər Seyidovun rəhbərliyi ilə keçirilən ədalətsiz və saxta məhkəmədə 10 nəfərə hər birinə 12-14 il iş verməklə Azadlıqdan məhrum edib.

Dindirmə zamanı Emin Məmmədov işgəncələrə dözməyib ölüb. Emin Məmmədova verilən işgəncələri videoa çəkib digər dəstə üzvlərinə göstəriblər ki əgər siz bizim yazdığımız iltizamlara qol çəkməsəniz hamınızı beləcə işgəncə ilə öldürəcəyik.

Ən dəhşətlisi odur ki, bu ali təhsilli, hərəsi 4-5 xarici dil bilən istedadlı gəncləri vətənə xəyanət ittihamı ilə şərləyərək həbs etdirən nazir Eldar Mahmudovun özünü sonradan vətənə xəyanətdə suçlayıb işindən uzaqlaşdırdılar.

 

Top
JoomlaLock.com All4Share.net