Vaşinqton Yəmənlə bağlı çağrış etdi
Featured

31 Oktyabr 2018

Səudiyyə rejiminin Yəmən xalqına qarşı müharibəsindən 44 ay sonra Amerikanın müdafiə naziri və dövlət katibi bu müharibəyə son qoyulmasına çağırıblar.

Mayk Pompeo dünən bir bəyanat yayaraq BMT-nin nəzarəti altında Yəmən sülh müzakirələrinin başlanılmasından xəbər verib və Ali-Səur rejiminin başçılıq etdiyi koalissiya qüvvələrindən eləcə də yəmənli qüvvələrdən toqquşmalara son qoyaraq müzakirə masası arxasına keçməyə hazırlaşmalarını istəyib.

ABŞ müdafiə naziri General Ceyms Mətis də Yəmən müharibəsinə son qoylmasına çağıraraq deyib: Qarşıdakı 30 gün ərzində yəmənlilərin sülh əldə etmək məqsədi ilə müzakirələri başlanılmalıdır.

Səudiyyə Ərəbistanı Amerika, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı militarist hərəkətləri 14 min yəmənlinin ölümü, onlarla adamın yaralanması və milyonlarla mülkinin didərgin düşməsi ilə nəticələnib. Bu təcavüz nəticəsinə həmçinin Yəmən ərzaq və dərman çatışmazlığı və müxtəlif xəstəliklərin yayılması kimi problemlərlə üz-üzə durur.

Bütün bunlara baxmayaraq Yəmən xalqının müqaviməti nəticəsində Səudiyyə rejimi və onun müttəfiqləri və himayədarları Yəməndə güddükləri məqsədlərə nail ola bilməyiblər.

Yəmənli qüvvələr amerikalıların Yəməndə müxtariyyətlərin yaradılması və separatçı məqsədlərə dair hərhansı planları barədə xəbərdarlıq edib və bu planları öncədən rədd ediblər.

Top
JoomlaLock.com All4Share.net