Siyasi məhbusu təhdid edirlər
Featured

02 Noyabr 2018

Bu barədə siyasi məhbus Murad Әdilovun anası məlumat verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, oğlunun hüquqlarının pozulduğunu bildirib: "Murad bu gün zəng etmişdi. Deyir, məni 10 saylı cəzaçəkmə müəssisəsində Böyük nəzarətçi Həsənəv Xəyal adlı biri "qaralayıb". Qısa müddətdə 3 dəfə mənə töhmət verib. Faktiki məni ölüm həddinə çatdırır. Deyir ki, ona gorə təcili məktub yazın bunları Ədliyyə Nazirliyinə, Prezident Aparatına, Ombudsmana mənim adımdan çatdırın. Murad müəssisə rəhbərinə də xəbərdarlıq edib ki, Həsənov qanunsuz hərəkətlərin və təngə gətirmələrin dayandırmasa özünə qəsd edəcək.

Qısa və gərgin söhbətdə o da bəlli olub ki, Həsənov Muraddan həm də vaxtaşırı rüşvət tələb edir. Əlaqədar təşkilatlar yəqin bunu oxuyacaq, rəsmi məktub da olacaq, axşam özüm də ayrıca yazıb, danışacam.
Hələlik, bu Xəyal adlı adam barədə kim nəsə bilirsə mənə yazmağın xahiş edirəm."

YADDAŞ

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Murad Ədilov 11 avqust 2014-cü ildə Sabirabad rayonunda saxlanılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində mayın 14-də  Murad Ədilov barəsində hökm oxunub. Prokuror Ədilovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. 

Murad Ədilov Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib. 

Siyasi məhbusun vəkil Yalçın İmanov məhkəmənin hökmünü əsassız, qanunsuz və ədalətsiz adlandırıb.

Qeyd edək ki, Murad Ədilov "Azadlıq" qəzetinin əməkdaşı və AXCP liderinin mətbuat katibi Natiq Ədilovun qardaşıdır. Təqib və təzyiqlərlə əlaqədar Natiq Ədilov qardaşının həbsindən sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalıb, Fransandan sığınacaq alıb.

Top
JoomlaLock.com All4Share.net