İnanclı İnsanların Müdafiə Komitəsi məhbus ailələrini bir araya yığdı
Featured

12 Noyabr 2018

Bu gün İnanclı İnsanların Müdafiə Komitəsinin növbəti tədbiri baş tutdu. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tədbirdə KİV nümayəndələri, siyasi partiyalar, ölkənin ictimai-siyasi fəalları, inanclı təbəqənin nümayəndələri, məhbus ailələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq, rejissor, İnanclı İnsanların Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev Azərbaycanda şərlənərək həbs edilən mübariz insanların hüquqlarının qorunması ətrafında sıx biləşməyə çağırıb.

Tədbirdə çıxış edən İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev islamın qanunlarından və demokratik ölkələrin bu qanunlarla idarə edildiyindən danışdı. O, elmin müxtəlif sahələrində böyük uğurlar qazanmış müəslman alimlərin adını çəkdi və islami ideyaların təməlində elmə verilən dəyəri vurğuladı.

Hüquq müdafiəçisi Elşən Həsənov hakimiyyətin inanclı məhbuslara münasibətini pislədi. O, dedi ki, Dini Qurumlar üzrə Dövlət Komitəsi yaranandan sonra bu münasibət daha da kəskinləşib, xüsusi ilə Mübariz Qurbanlının bu quruma rəhbər təyin olunmasından sonra daha da kritik hal alıb.

Siyasi Məhbus Ailələrinin Kordinasiya Mərkəzinin kordinatoru Zəfər Əhmədli öz çıxışında hakimiyyətin represiya aparatının güclü olması müqabilində susmamağı tövsiyyə etdi. O, çıxışı zamanı inanclı məhbusların daha çox işgəncə və qanunsuzluqlarla üzləşdiyini bildirdi. 

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Azərbaycan Xalq Cəbhəsi Partiyasının hər zaman siyasi məhbuslara dəstək olduğunu, haqqı tapdanan hər kəsin yanında olduğunu bildirdi.

Hüquq müdafiəçisi Mətləb Mütəllimli hər kəsə konkret tapşırıqlar verilməsi və onun icrası barədə hesabat alınması təşəbbüsü ilə çıxış etdi. O, siyasi məhbusların məhkəmədəki son sözlərini toplayıb kitab halında çıxaracaqlarını planlaşdırdığını bildirdi.

Çıxış edən hüquq müdafiəçisi Hilal Məmmədov isə məsələlərin ağılla həll olunması tərəfdarı olduğunu bildirib. Bu istiqamətdə yeni yolların aranması haqda fikir səsləndirib.

İslam Partiyasını sədri Möhsün Səmədovun həyat yoldaşı Mehparə Səmədova çıxışında bu il Kərbalada Ərbəin ziyarətinə 12-17 min arası azərbaycanlı zəvvarın qatıldığını dedi. Həmin ziyarətçilərin öz ölkəmizdə vəhdət nümayiş etdirmələrini arzuladı.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərakatının rəhbəri, Qarabağ qazisi Rövşən Əhmədli 12 noyabr tarixinin Konstutisiya günü olduğunu xatırlatdı və ölkəmizdə bütün qanunlara məhəl qoyulmadığını bildirdi.

Tarixçi araşdırmaçı Xəqani İsmayıl, Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri, ilahiyyatçı Növrəstə İbrahimova, siyasi məhbus Məhəmmədəli Axundzadənin həyat yoldaşı və digər tədbir iştirakçıları da çıxışları zamanı bütün mübarizələrdə vəhdətin vacib olduğunu bildirdilər.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net