Qarabağ qazisi Babək Həsənlinin azadlıq istəyi təmin olunmadı
Featured

22 Dekabr 2018

Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin həbsdəki sədri Babək Həsənov barəsində cinayət təqibinə bəraət verici əsaslarla xitam verilməsi istəyi ilə bağlı vəsatəti rədd edib.

Bu barədə AXCP-dən bildiriblər.

B.Həsənovla bağlı cinayət işinin istintaqı artıq, başa çatıb. Vəkillər həmin cinayət işinin materialları ilə tanış olduqdan sonra belə vəsatət veriblər. Onlar B.Həsənovun əməllərində heç bir cinayət tərkibi olmadığınu vurğulayıblar .

Vəsatətə Baş Prokurorluğun Agır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəsi müavini Vüqar Nəsoibov baxıb. Qərar B.Həsənovun yaxınlarına bu gün, dekabrın 22-də təqdim edilib.

Qərarda bildirilir ki, B.Həsənova istinad edilən əməllər sübuta yetirilib.

"Babək Həsənova istinad edilən əməllərin törədilməsini təsdiqləyən və cinayət işi materiallarında əksini tapan sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə kifayət edir", qərarda yazılır.

Babək Həsənov və da bir neçə cəbhəçi ilə bağlı cinayət işinin istintaqının başa çatdığı, hələ, ötən həftə açıqlanmışdı. Söhbət Babək Həsənovdan başqa AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmlidən gedir.

AXCP-dən bildirildiyinə görə, cəbhəçilərə verilən ittihamların bəzilərinə məzmun dəyişikliyi edilib. Ancaq ittiham maddələri dəyişməyib. (azadliq.org)

Top
JoomlaLock.com All4Share.net