Bakıda möhtəşəm 19 Yanvar mitinqi-VİDEO
Featured

19 Yanvar 2019

Bu gün Bakıda, Yasamal rayonunda yerləşən Məhsul stadionunda müxalifətin Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq və ölkədən oğurlanmış pulların geri qaytarılması tələblərilə mitinqi keçirildi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Milli Şuranın təşkil etdyi mitinqdə 30 mindən çox insan iştirak edib.

Mitinq icazəli olsa da polislər insanların meydana girməsinə süni əngəllər yaradıb və minlərlə insan iştirak edə bilməyib. Meydana girə bilməyənlər "istefa" şüarı səsləndirib. Bu zaman polis onları zorla qovaraq ərazidən uzaqlaşdırıb. 

Ərazidə internet kəsilib, bu üzdən də mitinqdən canlı yayım etmək, davamlı video və foto çəkilişlər paylaşmaq mümkün olmayıb. Mitinqə siyasi məhbusların şəkilləri buraxılmayıb.

Milli Şuranın təyin etdiyi mitinqdə Müsavat, ADR hərəkatı, ReAl Partiyası və demokratik düşərgənin bir sıra başqa təşkilatları, ictimaiyyət və siyasət adamları iştirak edib. 

Mitinqdə "150 milyard haramınız olsun", "Bu vətən bizimdir", "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Biz qalib gələcəyik" və başqa şüarlar yazılmış plakatlar qaldırılıb. Aksiya iştirakçıları "Azadlıq" və "İstefa" şüarları səsləndirilib.

Mitində AXCP sədri Əli Kərimli, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərakatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli, hüquqşünas Vidadi Mirkamal, siyasi məhbus Fuad Qəhrəmanlının xanımı, yazar Zümrüd Yağmur, siyasi fəal, Qarabağ qazisi Tofiq Yaqublu, Musavat Partiyasının sədr müavini Səxavət Soltanlı və digərləri çıxış edib.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net