Siyasi məhbus Abbas Hüseynin başını yardılar-VİDEO
Featured

24 Yanvar 2019

Qobustan qapalı həbsxanasında cəza çəkən Nardaran məhbusu Abbas Hüseynin anası Rəhimə xanım deyir ki, oğlunun başını yarıblar. 20 illik həbs cəzasına məhkum edilən Abbas Hüseyn hazırda Kürdəxanı İstintaq Təcridxanasına yerləşdirilib.

Bu barədə vetenugrunda.az-a açıqlama verən Rəhimə Hüseynova oğlunun Qobustanda amansızlıqla döyülərək, başının yarıldığını və bundan sonra Kürdəxanı İstintaq Təcridxanasına yerləşdirildiyini deyir:

YADDAŞ

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Müsəlman Bilriyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə və Nardaran hadisələrinə görə həbs olunmuş daha 16 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynov 20 il azadlıqdan məhrum edilib. Amma Abbas ittihamları qəbul etmir. Əməliyyatda ikisi polis olmaqla, öldürülən altı nəfərin hamısının əməliyyatı keçirən polislərin özləri tərəfindən qətlə yetirildiyini, özlərinin isə evdə namaz qılarkən hücuma məzru qaldıqlarını, onların heç birində silah olmadığı və ittihamların qurama olduğunu bildirir.

Qeyd edək ki, Abbas Hüseyn 2017-ci ildə həbsxanada baş verən qanunsuzluqlara etiraz etdiyinə görə saxlandığı Qobustan qapalı həbsxanasında çarmıxa çəkilib. Qobustan həbsxanasının rəhbərliyi onu yayın qızmar günəşi altında qollarını və ayaqlarını dəmirə bağlayaraq işgəncə verib. O, bu barədə vəkili Yalçın İmanova məlumat verib. Yalçın İmanov bu dəhşətli işgəncə faktını mətbuata çıxarıb ictimailəşdirdiyi üçün onu Vəkillər Kollegiyasından uzaqlaşdırmaqla vəkillik fəaliyyətinə son qoydular. Lakin Abbasın zindandakı işgəncələri hələ də davam etdirilir. 

Qobustan qapalı həbsxanasında
Top
JoomlaLock.com All4Share.net