Tale Bağırzadə müddətsiz aclığa başlayacaq
Featured

26 Yanvar 2019

Yaxınları ilə telefon danışığında Müsəlma Birliyi Hərəkatının rəhbəri, Qobustan qapalı həbsxanasında cəza çəkən siyasi məhbus Tale Bağırzadənin yaxınlarının vetenugrunda.az-a verdikləri xəbərə görə, ona qoyulan açıq hava və hamam qadağası hələ də davam edir: "Təyziqlər də olduğu kimi davam edir. Bir o qalıb ki, yatanda da qollarımı çarpayıya qandallasınlar. Heç bir müraciətə baxılmır" Penitensiar Xidmət də bu qanunsuzluqlara göz yumur."

Qobustan həbsxanasında cəza çəkən digər siyasi məhbus Abbas Hüseyni döyə-döyə naməlum məkana apardıqlarını ictimaiyyətə xəbər verən siyasi məhbus bildirib ki, bu olaydan sonra Penitensiar Xidmətin əməkdaşları onunla qısa müddətdə görüşüb. Qurumun təmsilçiləri T.Bağırzadəyə deyiblər ki, sənə görə gəlməmişik, sadəcə, həbəsxanaya baş çəkməyə gəlmişkən səninlə də görüşürük."

Tale Bağırzadə bildirib ki, əgər ona qarşı təyziqlər, basqılar dayandırılmasa o müddətsiz aclığa başlayacaq: "Hər gün təhdidlər davam edir. Mənə hədə gəlib deyirlər ki, səni telefon danışığından, görüşlərdən məhrum edərik. Tez-tez kamerama gəlib məndən eləcə adımı soruşub gedirlər, gecələr heç bir səbəb olmadan yuxudan oyadırlar. Mənə qarşı olan bu davranış dəyişməsə müddətsiz aclığa başlayacam."
20 il müddətinə azadlıqdan məhrum edilən ilahiyyatçı Tale Bağırzadə həmçinin onu da bildirib ki, keçirdyi əsəb və gərginliyin ucbatından səhhətində də problemlər yaranıb, gözləri və belində şiddətli ağrılar var.

YADDAŞ

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində (2017-ci ilin 25 yanvar)
hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə T.Bağırzadənin 20 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm oxunub.
O, dövlət çevrilişinə cəhd, terrorçuluq, qanunsuz silah saxlama və s. ittihamlarla azadlıqdan məhrum edilib. Hökmə görə, o, cəzasının ilk 7 ilini Qobustanda qapalı həbsxana rejimində çəkməlidir.
İlahiyyatçı Qobustan həbsxanasına köçürüləndən sonra onun haqqında CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə yeni cinayət işi başlanıb.
Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə (2018-ci il 13 fevral) hakim Rufan Mürsəlov məhkəmə hökmünü elan edib.
Yeni hökmə əsasən, T.Bağırzadənin 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Əslində qanunvericilikdə məhbusların yaddaş kartı gəzdirmələri və saxlamaları qadağan edilməyib. Yaddaş kartı ilə bağlı ölkədə ilk məhkəmə də məhz Tale Bağırzadəyə qurulub.

T.Bağırov ittihamları rədd edir və hər iki cinayət işinin saxta olduğunu bildirir.

Top
JoomlaLock.com All4Share.net