Siyasi məhbus Qiyas İbrahimə qarşı təzyiqlər artıb
Featured

06 Fevral 2019

Siyasi məhbus Qiyas İbrahimə qarşı təxribat planlaşdırılır.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onun anası Şura Əmiraslanova facebook sosial şəbəkəsində məlumat paylaşıb: "Elə bir neçə dəqiqə bundan qabaq Qiyqas İbrahimov 2 sayli CCM-dən telefonla danışdı. Müəssisədə ona qarşı təxribatın olduğunu bildirdi. Dünən səhər yoxlanmasına çıxarkən rəis müavini Şakir Qəniyev barakda Qiyasa aid olan əşyaları yoxlayıb, həyət yoxlamasından sonra barakda ümumi yoxlama edilib, yəni "smon" edilib. Qiyasın çarpayısının səliqəsiz olduğunu deyiblər. Barak yoldaşları ilə birlikdə 7 nəfəri 6 saat ayaq üstdə saxlayıblar. Bununla da Qiyasla məhbuslar arasında narazılıq salmağa çalışırlar. Qiyası rəisin otağına aparıblar. Fikrət Qafarov Qiyasa deyib ki, sən profesorluq edirsən və töhmət verib. 

Bu gün isə Qiyas evlə danışmaq üçün telefona gəlib. Telefon nəzarətcisi Həsən adlı şəxs Qiyasa "sən nəzarətdəsən, ciblərini yoxlayacam, sən nələrisə yazıb telefonla bayıra çıxarırsan" deyib. Qiyas da deyib ki, "cibimdə heç bir şey yoxdur, yoxlayın".

Qiyas dedi ki, mən həpsxana qayda- qanunlarına tam riayət edirəm. Qanunları pozmuram. Əgər cibimdən, yatağımdan, əşyalarımin içindən hər hansı silah -sursat, narkotik, eroin, kokain çıxsa, bu birbaşa rəhbərliyin işidir və cavabdeh də rəhbərlikdir.

Qiyasin səs yazısı var heç bir cümlə başqasına aid deyil. Bunu da nəzərinizə çatdırım ki, iki gün əvvəl Qiyasın Meydan tv-də bir yazisi yayılmışdır. Yazı yayıldıqdan sonra Qiyasa qarşı təzyiqlər başlayıb."

Top
JoomlaLock.com All4Share.net