Facebook-da təhqirlərin qarşısını almaq üçün Türkiyə variantı...
Featured

14 Fevral 2019

"Təhqirlərin qarşısını almaq üçün sosial şəbəkələrin bazası Azərbaycana gətirilsin" - Osman Gündüz.

Bu gün sosial şəbəkələrdə təhqirlərin, xoşagəlməz halların qarşısını almaq üçün "Facebook", "YouTube" və digər beynəlxalq sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi zəruridir.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Yeni Azərbaycan Partiyasının qərargahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə söyüş yazanlar fikirləşirlər ki, onların hesabları xaricdədir və istədiklərini yaza, qanunazidd hərəkətlər edə bilərlər:

"Ancaq sosial şəbəkələrin bazaları Azərbaycanda olsa, biz onlarla daha yaxından əməkdaşlıq edə bilərik, sosial şəbəkələrdə söyüş söyənlərə, başqalarını təhqir edənlərə qarşı daha asan mübarizə apara bilərik. Türkiyə də bu metoddan istifadə etdi və bu gün orada bu problem xeyli azalıb."

O.Gündüz bildirib ki, sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi kommersiya baxımından da ölkəmiz üçün faydalı ola bilər.

Top
JoomlaLock.com All4Share.net