Mehman Hüseynov azadlıqda
Featured

02 Mart 2019

Siyasi məhbus, bloger Mehman Hüseynov bu gün azadlığa çıxıb. O, anası Firəngiz Hüseynovanın və 14 il əvvəl martın 2-də öldürülən jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb. O, 2017-ci il martın 3-də polisə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Mehman Hüseynov ittihamları qəbul etməyib və həbsinin siyasi motivli, sosial şəbəkələrdə məmurlar haqda yaydığı videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynovu beynəlxalq təşkilatlar siyasi məhbus kimi tanıyıb. 

Top
JoomlaLock.com All4Share.net