Azərbaycanla İran terrora qarşı birgə mübarizəni müzakirə edib
Featured

10 Mart 2019

İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İran Ali Milli Təhlükəsizik Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin gündəliyində duran məsələlər ilə yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb.

Həmçinin bölgədə təhlükəsizlik, əməkdaşlıq və inkişafa dair ətraflı fikir mübadiləsi olub.

Nazir Elmar Məmmədyarov ikitərəfi iqtisadi münasibətlərdən danışaraq, həmsöhbətinə hazırda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə danışıqların son vəziyyəti barədə qarşı tərəfi məlumatlandırıb.

Əli Şamxani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə İranın mövqeyinin dəyişilməz olduğunu qeyd edib. O, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh və diplomatik danışıqlar yolu ilə həllinin dəstəklənildiyini vurğulayıb.

Tərəflər arasında, həmçinin regionda təhlükəsizliyə təhdid olan İŞİD və digər terror qruplaşmalarına qarşı birgə mübarizə məsələləri müzakirə edilib.

Elmar Məmmədyarov daha əvvəl İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.(report)

Top
JoomlaLock.com All4Share.net