Pentensiar Xidmət Tale Bağırzadə ilə bağlı Niderlandda məktub göndərdi
Featured

13 Mart 2019

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti Niderland Krallığında yaşayan həmvətənimiz, hüquq müdafiəçisi Ataxan Əbilovun müraciətinə cavab verib.

Ataxan Əbilovun vetenugrunda.az-a verdiyi açıqlamaya görə, o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı məktubda Qobustan Qapalı Həbsxanasında cəza çəkən siyasi məhbuslar Müsəlman Birliyi Hərəkatının (MBH) sədri Tale Bağırzadə, MBH üzvləri Abbas Hüseyn və Cabbar Cabbarlıya verilən işgəncə faktlarının araşdırılmasını istəyib. Hüquq müdafiəçisinin müraciətinə Pentensiar Xidmətin verdiyi cavabda deyilir ki, "araşdırma nəticəsində müraciətdə qeyd olunan xüsusatlar öz əksini tapmamışdır".

 

Pentensiar Xidmətin hüquq müdafiəçisi Ataxan Əbilova ünvanladığı məktub

 

 

Ataxan Əbilovun Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova göndərdiyi

MÜRACİƏT

"Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir QaralovaNiderland Krallığında yaşayan Azərbaycan Respublikasının vətəndaşı Ataxan Əbilov tərəfindən

Müraciət

Cənab Baş prokuror,

Son günlər azərbaycandilli sosial mediada Qobustan qapalı həpsxanasının rəisi Aftandil Ağayevin vəzifə mövqeyindən sui-istifadə etməklə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd fəaliyyəti barədə çoxsaylı statuslara rast gəlinir. Vətəndaşlar konkret faktlara istinad edir, cənab A.Ağayevin rəisi olduğu Qobustan qapalı həbsxanasında saxlanılan məhkumlara: Tale Bağırzadəyə, Abbas Hüseyinə və Cabbar Cabbarlıya qarşı ağır işgəncələr tətbiq etdiyini yazır və cənab A.Ağayevin birbaşa özünün məhkümlara işgəncə verilməsi prosesində iştirakına istinad edilir.

Cənab Baş prokuror, bildiyimiz kimi Azərbaycan Respublikasının (AR) qanunvericiliyi işgəncəni cəza növü kimi istisna edir. AR Cinayət Məcəlləsinin (CM) 9-cu maddəsinə görə AR-da cəza siyasəti hümanizm prinspinə əsaslanır. Həmin maddənin 2-ci bəndinə görə "Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz".

Bundan əlavə AR CM-nin 113-cü maddəsi işgəncəyə hüquqi qiymət verərək, onu cinayət əməli hesab edir. Həmin maddədə deyilir ki, "tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə" işgəncədir və belə əməl "yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Hörmətli cənab Baş prokuror,

AR Konstitusiyasının 133-cü maddəsinin birinci bəndinə görə "Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir". Adı çkilən konstitutsion maddənin tələblərinə görə Siz AR-nın prokurorluq orqanlarının başında duran bir şəxs kimi AR ərazisində qüvvədə olan qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə birbaşa məsulsunuz.

Azərbaycandilli sosial şəbəkələrdə vətəndaşlar Qobustan həbsxanasından baş verən dəhşətli işgəncə faktlarından narahatdır və bu faktlara səlahiyyətli dövlət orqanının, xüsusən rəhbərlik etdiyiniz prokurorluq orqanlarının heç bir reaksiya verməməsi belə narahatçılığı daha da artırır.

AR Cinayət Prosessual Məcəlləsinin 207.1 maddəsinin tələbinə görə prokurorluq "törədilmiş və ya hazırlanan cinayət haqqında... kütləvi informasiya vasitələrində əks etdirilmiş... məlumatı dərhal qeydə alma"lı və ona baxmalıdır. Təssüflər olsun ki, AR Prokurorluğu Qobustan qapalı həpsxanasında baş verən bu özbaşnalığa görə indiyə kimi nəinki cinayət işi qaldırmış, heç ona hər hansı bir reaksiya verməmişdir.

Bundan irəli gələrək Sizə bir Azərbaycan vətəndaşı olaraq müraciət edir və Sizi Qobustan qapalı həpsxanasında baş verən ağır işgəncə faktarını araşdırıb, işgəncə cinayətini törətmiş şəxslərə qarşı cinayət işinin başlanmasına start verməklə AR Konstitusiyası ilə üzərinizə qoyulan vəzifənizi layiqincə yerinə yetirməyə çağırıram.

Hörmətlə,

Ataxan Əbilov, 
hüquqşünas"

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу aTAXAN əBÄ°LOV

Ataxan Əbilov

Qeyd edək ki, bu ilin yanvarın 15-də siyasi məhbus Abbas Hüseynin saxlanıldığı kameraya basqın edilərək, onu döyə-döyə naməlum istiqamətə apardıqları ilə bağlı yaxınları tərəfindən məlumatlar yayıldı. Sonradan onun 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüldüyü məlum oldu. Daha sonra digər siyasi məhbus Cabbar Cabbarlının döyülərək ağır zədələr aldığı haqqında Tale Bağırzadə mediaya məlumat verdi. Qobustan həbsxanasında siyasi məhbuslara qarşı baş verən işgəncələrə etiraz olaraq Tale Bağırzadə, Abbas Hüseyn və Cabbar Cabbarlı aclıq aksiyasına qoşuldu.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli və Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev adıçəkilən məhbuslara baş çəkdikdən və aclıq aksiyasını dayandırmaları ilə bağlı xahişlərindən sonra onlar aksiyanı dayandırdılar. 

YADDAŞ

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü – Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.F.Qəhrəmanlıdan başqa, həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 28,214.2.1-ci (terrorçuğa hazırlıq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28,214.2.3-cü (terrorçuğa hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 283.2.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur. F.Qəhrəmanlı isə keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur. 25 yanvar 2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi "Nardaran işi 1" üzrə hökm çıxarıb. Hökmə əsasən, Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyevin hər biri 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əsgərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər. 20 iyul 2017-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi bu hökmdən verilən şikayəti təmin etməyib. 1 mart 2018-ci il tarixdə bu qərardan verilən kassasiya şikayəti təmin olunmayıb.

Top
JoomlaLock.com All4Share.net