Bu gün prezident İlham Əliyevlə Nikol Paşinyan görüşəcək
Featured

29 Mart 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.

Martın 28-də isə Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

Top
JoomlaLock.com All4Share.net