Deputatın qızının toyuna görə Parlamentin iclasının vaxtı 3 gün önə çəkilib
Featured

12 Aprel 2019

Bu gün Milli Məcisin vitse-spikeri Ziyafət Əsgərovun ailəsində xoş gündür.

Vitse-spiker bu gün qızını ərə verir. Z.Əsgərovun qızı Aytən Əsgərova Ceyhun adlı bəylə ailə həyatı qurur.

Toy Bakının ən bahalı və böyük şadlıq saraylarından olan "Böyük Saray" restoranında keçiriləcək.

Xatırladaq ki, Z.Əsgərovun qızının toyuna görə Milli Məclisin plenar iclasının vaxtı 3 gün önə çəkilmişdi. Belə ki, ənənəvi olaraq cümə günü – aprelin 12-də keçirilməli olan iclas 3 gün əvvələ, aprelin 9-da baş tutmuşdu.(bakupost)

Top
JoomlaLock.com All4Share.net