Siyasi məhbuslar karsa salındı
Featured

19 May 2019

Siyasi məhbuslar Əhsən Nuruzadə və Məhəmmədəli Axundzadə 6 saylı Cəzaçəkmə Müəssisəsində "karsa salınıb".

Vetenugrunda.az-a bu barədə məhbusların yaxınları məlumat verib.

Onların Qarabağ qazisi, siyasi məhbus Babək Həsənliyə verilən işgəncələrə etiraz etdikləri üçün cəzalandırıldıqları ehtimal edilir.

Qeyd edək ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən Babək Həsənlinin yaxınları ona bu müəssisəyə gəldiyi ilk gündən işgəncə verilərək "karsa" salındığını ictimayətə bildiriblər.

Top
JoomlaLock.com All4Share.net