"Qüds və Qarabağın müdafiəsi hər bir müsəlmanın ilahi borcudur"
Featured

20 May 2019

Azərbaycan İslam Partiyasının (AİP) sədri, siyasi məhbus Mövsüm Səmədov Qüds və Qarabağda baş verən hadisələrə münasibətini bildirərək, işğalçı rejimlərin əməllərini sərt pisləyib və bütün müsəlmanları zülmə etiraz etməyə çağırıb.

M.Səmədovun fikirlərini oxuculara təqdim edirik:

"Sionist İsrail rejimi keçən əsrin ortalarından qəsb etdiyi müsəlman torpaqlarında işğalçılıq siyasətini davam etdirir. Qondarma dövlətin yaranmasının 70 illiyi və ABŞ prezidentinin şəxsi təşəbbüsü ilə bu imperialist dövlətin səfirliyinin Qüdsə köçürülməsinin elan edilməsi münasibətilə müsəlmanların müqəddəs məkanında keçirilən bayram qanlı olayla nəticələndi.

Qəzza bölgəsində toplaşaraq öz əzəli torpaqlarını qəsbkarlardan müdafiə etməyə çalışan fələstinlilər zalım rejimin silahlıları tərəfindən atəşlə qarşılaşdılar. 60 nəfərin ölümü, 2500 nəfərin ağır yaralanması hadisəsi tarixə yazılan yeni bir qanlı səhifə oldu.

Müsəlmanların müqəddəs torpaqlarını, bu torpaqların maddi-mənəvi nemətlərini mənimsəyən, tarixini saxtalaşdırmağa çalışan İsrail və Ermənistan kimi qondarma dövlətləri, onların zalım, qaniçən, müsəlmanlara böyük soyqırım faciələrini yaşadan hakimiyyətlərini müdafiə edən, dəstəkləyən Amerika və onun əlaltıları heysiyyatımıza toxunmaqdan, mənəviyyatımıza təcavüz etməkdən çəkinmirlər.

Ermənistanın qəsbkar hakimiyyətinin Azərbaycana qarşı yeni işğalçılıq ritorikası, sionist İsrail rejiminin Suriyanın Qolan yüksəkliklərini mənimsəmə cəhdlərinin himayə olunması, məncə, imperialist dairələrin müsəlman torpaqlarının qəsbinə və müsəlmanların sıxışdırılaraq maddi-mənəvi sərvətlərinin ələ keçirilməsinə hesablanmış bir öhdəlik və plandır.

Bütün bu addımlar isə dünyada nə sülhə, nə də inkişafa, tərəqqiyə xidmət edir. Belə planlar və onun icrasının bəşəriyyətə yeni müharibələr, daha kəskin bəlalar gətirəcəyi şəksizdir. Bu cəhdlər həm də xalqlar, dinlər arasında düşmənçilik toxumu səpməkdən başqa bir şey vəd etmir.

Hesab edirəm ki, müqəddəs saydığımız Qüdsə diqqət və onun təhlükəsizliyinin təminatı, müsəlman torpaqlarını işğalçı qütblərdən müdafiə və daim himayə etmək bəşəriyyətin sabitliyinə, davamlı sülhə böyük xidmətdir. Qüdsü, Qarabağı bu torpaqlarda insanlığa qarşı faciələr törətmiş bəşəri cinayətkarlara təslim etməmək, daim diqqətdə saxlamaqla müdafiə etmək hər bir müsəlmanın ilahi borcu, vəzifəsidir. Müsəlman torpaqlarının işğalına qarşı bir an belə susmaq olmaz.

İslam ümmətinin hər bir övladının boynunda pak və müqəddəs vəzifələrdən biri Qüdsün, Qarabağın işğalına, baş verən cinayətlərə qəti etiraz səsini ucaltmaq, bu zülmün qarşısında dayanaraq onu aradan aparmaqdır. Qüdsün sionistlər tərəfindən qəsb edilməsi dünyanın ən böyük və dəhşətli işğal tarixinin başlanğıcıdır. Ona görə də bu müqəddəs məkanın azad edilməsi ümumi İslam məmləkətlərinin müstəqil, azad yaşamalarını, müstəqil siyasətlərini simvolizə edir. Bu mənada Qüdsün azad oluması bütün müsəlman torpaqlarının azadlığı, müstəqilliyi deməkdir".

YADDAŞ 


Qeyd edək ki, Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə hakimiyyətin siyasətini sərt tənqid edib. Bu hadisədən 5 gün sonra, 7 yanvar 2011-ci ildə saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb. Azərbaycan İslam Partiyası M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirib.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustan Qapalı Rejimli həbsxanasına köçürülmüşdü. Lakin doktora qarşı qərəzləri bununla da soyumayıb, onun saxlanma şərtlərini çətinləşdiriblər və ailəsi ilə görüşünə icazə verilməyib. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Mövsüm Səmədova bir neçə dəfə "kars" cəzası veriləndən sonra həbsxana rəisi Rauf Məmmədov onun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı təqdimat verib.

Top
JoomlaLock.com All4Share.net