Əli Kərimlidən Fuad Abbasova dəstək...
Featured

22 May 2019

Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasov həbs edilib. Bu barədə onun vəkili, Rusiyanın tanınmış hüquqşünası Elman Paşayev məlumat verib. Vəkil bildirib ki,

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Fuad Abbasova qarşı edilən bu zorakılığı pisləyib. O, bu barədə sosial şəbəkədə fikirlərini paylaşıb. Vetenugrunda.az partiya sədrinin fikirlərini təqdim edir: 

"Jurnalist Fuad Abbasovun Rusiyada zorakılıqla həbs edilməsini, onunla sanki bir terrorçu kimi davranılmasını, jurnalistin Rusiyadan deoportasiya edilməsinə hazırlıq görülməsini şiddətlə qınayıram. Mən Fuad bəyi şəxsən tanımıram.

Onun fəaliyyətinin incəliklərindən xəbərim yoxdur. Mümkündür ki, onun da fəaliyyətində hansısa yanlışlıqlar, tənqid edilәsi məqamlar var. Ancaq bu heç nəyi dəyişmir.

Mən Fuad Abbasovu Rusiya mətbuatında Azərbaycanın milli maraqlarını müdafiə etməsinə görə tanımışam. Ermənilərin mövqeyinin kifayət qədər güclü olduğu Rusiyada Fuad Abbasov istənilən diskussiyada erməni separatçılarını, hətta onların arxasında duranları belə arqumentlə və cəsarətlə ifşa edib, Qarabağ müharibəsində Azərbaycanın həm tarixi, həm də hüquqi baxımdan haqlı mövqeyini Rusiya auditoriyasına çatdırıb.

Rusiyada yaşayan çeçenlərlə azərbaycanlılar arasında münaqişə yaratmağa cəhd edilən zaman Fuad bəy çox operativ və cəsarətli mövqeyilə münaqişənin qarşısını almaq üçün ciddi səylər göstərib. Azərbaycanda milli maraqlardan çıxış edən bir hakimiyyət olsaydı, o mütləq jurnalist Fuad Abbasovun Rusiyadakı fəaliyyətini qiymətləndirərdi və ona dəstək verərdi.

Bura qədər yazdıqlarım Fuad Abbasovun azərbaycanlı olaraq vətəndaş mövqeyilə bağlı idi. Ancaq məsələnin başqa tərəfi də var. Azərbaycan dövləti heç kimә, o cümlədən Rusiya hakimiyyətinə də imkan verməməlidir ki, nəinki Fuad Abbasov kimi tanınmış jurnalist və diaspora fəalı ilә, ümumiyyətlə heç bir azərbaycanlı ilə belə davransın.

Üstəlik, onun həbs edilən zaman döyülməsi haqda da məlumatlar yayılıb. Dövlət hər bir vətəndaşına sahib çıxmalıdır. Əgər dövlət xalqın əlində deyilsə, o zaman xalq özü hər bir fərdinə sahib çıxmağı bacarmalıdır. Fuad Abbasova qarşı zorakılığı, hüquqsuzluğu hamılıqla pisləməliyik".

Qeyd edək ki, Fuad Abbasov Rusiya telekanallarında gedən debatlarda daim Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışırdı və onun bu addımı həm Azərbaycanın daxilindəki, həm də bütün dünyadakı erməniləri qıcıqlandırırdı. 

Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb.

Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir. Vəkili Elman Paşayev bildirib ki, Fuad Abbasovla bağlı şikayətlər və ciddi problemlər var. Lakin bu şikayətləri azərbaycanlılar etməyib. Fuadla bağlı bütün şikayətləri ermənilər ediblər. Hazırda bu şikayətlər üzrə də məhkəmə gedir. Vəkil Elman Paşayev musavat.com-a deyib ki, yaxın günlərdə Fuad Abbasov canlı yayına çıxacaq və hər şeyi özü danışacaq.

Top
JoomlaLock.com All4Share.net