Bakıda "Qarabağın işğalı Qüdsün işğalının davamıdır" adlı Konfrans keçirildi-VİDEO
Featured

02 İyun 2019

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı Beynəlxalq Qüds Günü ilə bağlı "Qarabağın işğalı Qüdsün işğalının davamıdır" adlı Konfrans keçirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, konfransda ölkənin tanınmış siyasi-ictimai fəalları, inanclılar, ilahiyyatçılar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli Qüdslə Qarabağın eyni dərddə olduğunu və eyni işağala məruz qaldığını bildirdi: "Bəzi deputatlarımız deyir ki, biz İsrail və Azərbaycan eyni dərddəyik. Çünki İsrail də işğala məruz qalıb, biz də. İsrail işğal edən ölkədir, işğala məruz qalan yox. Adicə tarixi hadisələri bu qədər saxtalaşdırmaq kimə lazımdı?

Dünyada 3 ölkə var ki, başqasının torpaqlarını işğal edib, özlərinə məxsus olmayan yerdə dövlət qurublar. Birincisi, Amerikadır ki, yerli əhalini vəhşicəsinə qırıb, onların torpaqları üzərində özlərinə ölkə qurublar. İkincisi, Ermənistandır ki, Qədim Azərbaycan torpaqları üzərində ölkə qurublar. Üçüncü belə bir dövlət İsraildir. İsrail Fələstin xalqına məxsus torpaqları zəbt edib. Ona görədir ki, bu gün bu üç işğalçı, qəsbkar ölkənin siyasəti eynidir, çünki mahiyyəti eynidir. Amerika bu gün Ermənistana və sionist rejimə dəstək verir. Amerika 907-ci düzəlişə qadağa qoymaqla Ermənistanın yanında olduğunu göstərdi".

Tədbirdə çıxış edən araşdırmaçı yazar Rövşən Novruzoğlu, Nardaran ağsaqqalı Hacı Hacıağa Nuri, Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayil, İlahiyyatçı alim, fəlsəfə doktoru, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, Müsəlman Birliyi Hərəkatının təmsilçisi Seyyid Əbdülxaliq, Azərbaycan Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyev, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, siyasi məhbus Ağaəli Yəhyayevin bacısı Elnara Eldar, AXCP üzvü Cəfər Nərimanlı, ictimai fəal Elxan Zaman və digərləri bu gün Qüds ətrafında oynanılan oyunları təkcə Fələstinə deyil, islam dünyasına vurulan zərbə olduğunu qeyd etdilər.

Top
JoomlaLock.com All4Share.net