Əbülfəz Bünyadovun azadlığa buraxılması üçün ÇAĞIRIŞ başladı
Featured

05 İyul 2019

Vətəndaş cəmiyyətinin bir qrup fəalı Nardaran sakini, yataq xəstəsi Əbülfəz Bünyadovun həbsdən azad edilməsi üçün kampaniyaya başlayıb. İnternet platformada yayılan müraciət üçün imza toplanılır:

Fəallar Ə.Bünyadovun azadlığa buraxılmasına yardım göstərilməsilə bağlı Ə.Bünyadovun anası Xeyriyyə Bünyadovanın prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciətini dəstəkləməyə çağırırlar.

Ali Məhkəmə Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Ə.Bünyadovun kassasiya şikayətini təmin etməyib.

Müraciətdə xatırladılır ki, Ə.Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı yaralanıb və iflic vəziyyətinə düşüb. O həbs edilib. Lakin bir müddət sonra polis nəzarətinə buraxılıb. 2018-ci il iyulun 11-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib və Ə.Bünyadovu məhkəmə zalından həbsxanaya xərəkdə aparıblar.

Hazırda Ə.Bünyadov Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılır və ona digər məhbuslar qulluq edirlər. Son vaxtlar hepatit C və bağırsaq infeksiyası ilə əlaqədar vəziyyəti daha da pisləşib.

Məhbusun anası qeyd edib ki, onun da ayaqları tutulub, oğluna baş çəkə bilmir. O, ölkə rəhbərliyini oğlunun ağır vəziyyətini, ailənin durumunu nəzərə alaraq, heç olmasa həbs qətimkan tədbirinin dəyişdirilməsinə yardım göstərməyə çağırır.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Ə.Bünyadovun aldığı güllə onurğasını zədələyib.

https://www.change.org/p/az%C9%99rbaycan-respublikas%C4%B1-prezidenti-ilham-%C9%99liyev-iflic-olan-%C9%99b%C3%BClf%C9%99z-b%C3%BCnyadovu-azad-edin?recruiter=981221294&utm_source=share_petition&utm_medium=facebook&utm_campaign=petition_dashboard&recruited_by_id=2f921110-9e43-11e9-ae8c-1f4e220b9e62&utm_content=starter_fb_share_content_ru-ru%3Av6&fbclid=IwAR2ZGRQJXKccHquEdIhHeIq-UXcUxhOCyUZy4XlC0nwa02qs8W8gseu-AWs

Top
JoomlaLock.com All4Share.net