Siyasi məhbusun apellyasiya şikayəti təmin edilmədi-VİDEO
Featured

05 İyul 2019

Bakı Apellyasiya Məhkəməsində bu gün AXCP üzvü Fuad Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayətinə baxılıb. Məhkəmə partiya fəalının şikayətini təmin etməyib.

Penitensiar Xidmət bir daha onunla bağlı mənfi xasiyyətnamə təqdim edərək bildirib ki, o, "islah olunmayıb", "törətdiyi cinayətdən peşman deyil" və s.

Fuad Əhmədli kimdir: AXCP üzvü Fuad Əhmədli 2016-ci ilin avqustunda "Əməliyyat- axtarış fəaliyyəti haqqında qanun"un pozulması və "Azerfon" mobil telefon istifadəçilərinin şəxsi məlumatlarının yayılması ittihamı ilə həbs edilib. Bundan əlavə, o, vəzifə səlahiyyətini aşmaqda ittiham olunub. 2017-ci il iyunun 16-da 4 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıblar.

2019-cu ilin mayında Suraxanı Rayon Məhkəməsi F.Əhmədlinin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib.

Partiya Fuad Əhmədlinin həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

Top
JoomlaLock.com All4Share.net