Azad Həsənov azad edildi
Featured

05 Avqust 2019

Azad Həsənov ittiamı şər-böhtan adlandırıb.

Avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsi qanunsuz narkotik dövriyyəsində ittiham olunan gənc musavatçı Azad Həsənovu məhkəmə zalında azadlığa buraxıb.

Prokuror ittihamı daha yüngül maddəyə – 234.1-ci (şəxsi istifadə üçün yol verilən normadan artıq narkotik maddənin qanunsuz döviyyəsi) maddəyə tövsif edilməsini və fəalın 1,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.

Məhkəmə fəala 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Bu zaman məhkəmə son iki ay beş günlük müddəti şərti cəza ilə əvəz edib və fəal məhkəmə zalında azadlığa buraxılıb.

Azad Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdə idi. 2018-ci il oktyabrın 11-də atasının ağır xəstəliyi ilə əlaqədar Bakıya qayıdıb və elə həmin gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Azad Həsənov bəraət gözlədiyini bildirib: "Bəraət olmasa da bu gün azadlıqdayam. Vəkilim ilə məsləhətləşəndən sonra bəraət üçün məhkəmənin qərarından apellyasiya şikatyəti verəcəm. Sağlamam, hər şey qaydasındadır."

O ittihamı şər, böhtan adlandırıb.

"Məhkəmədə də bir daha aydın oldu ki, polislər məni Litvadan mühacirətdən gəldiyim gün müsavatçı və mühacir olduğum üçün həbs edib. Səhər ölkəyə gəlmişəm, günorta məni saxlayıblar və şər, böhtanla ittiham irəli sürüblər," o qeyd edib.

Həsənov hazıda Litvada yaşayan ailə üzvləri ilə tezliklə görüşmək ümidindədir.

"Üzərimə ölkəni tərk etməmək barədə qoyulmuş qadağanın aradan qaldırlması üçün hüquq çərçivəsaində mübarizə aparacam."

Azad Həsənov bundan sonra da fəaliyyətini Müsavat Partiyasında davam etdirəcəyini deyib: "2004-cü ildən, 19 yaşımdan Müsavat Partiyasının üzvüyəm. Siyasi fəıaliyyətimi bundan sonra da Müsavat sıralarında davam etdirəcəm."

Top
JoomlaLock.com All4Share.net