300 milyon dollar bir gecədə Bakıdan Tbilisiyə necə daşınıb?
Featured

09 Avqust 2019

Gürcüstan Milli Bankının sabiq prezidenti Giorgi Kadagadze "Avqust müharibəsi" zamanı Gürcüstan banklarında yaranan gözlənilməz vəziyyətin qarşısını almaq üçün Azərbaycanla birgə həyata keçirilən əməliyyatın detallarını açıqlayıb.

Milli Bankın sabiq prezident 10 avqust 2008-ci il tarixində iki ölkənin gecə saatlarında həyata keçirdiyi birgə əməliyyatın Gürcüstanın maliyyə sabitliyi üçün çox uğurlu nəticələr verdiyini söyləyib.

"Avqustun müharibəsindən sonra təbii reaksiya kimi vətəndaşlar kütləvi şəkildə banklardakı əmanətlərini götürməyə başladılar. Nəticədə valyuta qıtlığı ilə üzləşən kommersiya bankları Milli Bankdan kömək gözləməyə başladılar. Milli Bank olaraq kommersiya banklarına valyutamızın yetərli olmadığını demədik. Onlara əlimizdə kifayət qədər banknot olduğunu və sabah səhər pul götürə biləcəklərini və ictimaiyyətin təşvişinin yatırılması üçün tələb olunan bütün pulları vermələrini dedik.

Həmin gecə 300 milyon dollar daşıyan iki inkasator bakıdan yola düşdü və Tbilisiyə gəldi", -deyən sabiq prezident əməliyyat zamanı gözlənilməz qəzanın baş verdiyini, lakin vicdanlı vətəndaşların səyi nəticəsində aradan qaldırıldığını qeyd edib.

"Tbilisidən 100 km aralıda avtomobillərdən biri xarab olub. Səhər saat 4-də biz oraya yeni inkassator maşını göndərdik. Böyük banknotlar qəza yerində maşına yüklənərək təhlükəsiz şəkildə Tbilisiyə çatdırıldı. Belə bir vəziyyətdə maaşı 700-800 lari olan sıravi vətəndaşlar gecə saat 4-də bu cür əməliyyat həyata keçirə bilməsi böyük qəhrəmanlıqdıri", - deyə Giorgi Kadaqadze bildirib.(24news.ge)

Top
JoomlaLock.com All4Share.net