Abgül Süleymanov: "Ölülərdən niyə qorxursan?"-VİDEO
Featured

09 Sentyabr 2019

8 ildir məhbus həyatı yaşayan ilahiyyatçı alim, hicab məhbusu Abgül Süleymanov 2002-ci ildə gəncləri narkomaniya, alkoqolizm və s bəlalarından uzaqlaşdırmaq üçün milli-mənəvi dəyərləri təbliğ etməyə başlayır. 

O, bir qrup dindar ilə Azərbaycanın müxtəlif bölgələrini dolaşır və gənclərimizin düz yola yönləndirilməsi uğrunda çalışır. Bu yolda atdığı addımlar boşa getmir. Az bir müddətdə ilahiyyatçı alim çox böyük nüfuz və sevgi qazanır.

2005-ci ildə Abgül Süleymanov "Milli-Mənəvi Dəyərlər" adlı ictimai təşkilat yaradır.

2005-ci ildə "Binqo" restoranında sonuncu peyğəmbərimiz Həzrəti Məhəmməd (ə.s.s) və İmam Sadiq əleyhsalamın mövludu münasibətilə tədbir təşkil edir.

2005-ci ildə Danimarkada İslam Peyğəmbərinin karikaturaları dərc olunur. "Milli-Mənəvi Dəyərlər" Azərbaycanın Xarici İşlər Nazirliyinin önündə bir neçə min nəfərin qatıldığı dinc etiraz aksiyasına qoşulur.  

2006-2009-ci illər İsrailin Fələstin torpaqlarında Fələstin xalqına qarşı apardığı soyqırıma etiraz edənlər İsrailin Bakıdakı səfirliyi önünə yığışır. Abgül Süleymanovun bu aksiyalarda sionizmə və ədalətsizliyə qarşı səsləndirdiyi şüarlar dillər əzbəri olur. 

Abgül Süleymanov 2007-ci ildə "Qədir Xum" bayramının Akademik Milli Dram teatrının binasında keçirilməsinə nail ollir. Elə həmin il Həzrəti Əli əleysalamın mövludu "Milli Parkın" "Cinema" klubunda təşkil olunur. 2008-ci ildə Maştağanın 1 saylı internat evində qonaq olan "Milli-Mənəvi Dəyərlər" təşkilatı öz şücaəti, məntiqli mübarizəsi ilə tarixin qadın qəhrəmanlarının önündə gələn Həzrəti Zeynəbin Mövlud Mərasimini uşaqların əhatəsində təşkil edir. 

2008-ci ildə Azərbaycanda azana qoyulan qeyri-rəsmi qadağaları  ilahiyyatçı sərt şəkildə tənqid edir.  

2009-cu ildə erməni və İsrail soyqırımına etiraz əlaməti olaraq "Hyat Regency" otelində "Qan yaddaşı" adlı gecə təşkil olunur və burada da Abgül çıxış edir. 2009-cu il elə həmin ünvanda Fatimeti Zəhranın Şəhadəti ilə əlaqəli təşkil olunan "Şam işığında dua" adlı elmi-bədii gecəyə də rəhbərlik edir. 

Abgül Süleymanov 2009-cu ildə təşkil etdiyi "Qarabağ qan yaddaşımız" adlı tədbirdəQarabağın tezliklə azad edilməsini və gənclərimizin Qarabağın azadlığı uğrunda canlarını qurban verməyə hazır olduqlarını bildirib.

2009-cu ilin yayında "Fatimeyi Zəhra (s.ə)" məscidinin sökülməsinə iqtisad məhkəməsinin çıxardığı qərardan sonra Abgül Süleymanovun təşəbbüsü ilə Bakı şəhəri icra hakimiyyəti önündə etiraz aksiyası təşkil olunub. 2009-cu ilin Aşura Günündə Yeni Günəşlidəki, qapıları bağlı qalan "Fatimeyi Zəhra" məscidinin qapılarını açaraq orada Aşura mərasiminin keçirilməsində Abgül Süleymanovun da mübarizəsi rol oynayır.

Abgül Süleymanov öz qəhrəmanlığı ilə Azərbaycanı bütün dünyaya tanıdan Milli Qəhrəmanımız Mübariz İbrahimovun ailəsinə səfər edərək, onun qəhrəmanlığını pərdələmək istəyənləri ifaş edir. Mübariz İbrahimovun şəhadətindən sonra onun ailəsinə qarşı bəzi dövlət strukturlarından kəskin iradlar, dinc, atəşkəs vəziyyətində atdığı addım qınandığı bir şəraitdə Abgül Süleymanov bütün media və inanclı kütlənin diqqətini Biləsuvarın Əliabad kəndinə yönəldir. Məhz bundan sonra 34 gün qapısı döyülməyən bu ailənin qapısını dövlət strukturlarından döyməyə başlayırlar.

2011-ci ilin martında Türkiyədə "Mavi Marmara" gəmisində İsrail ordusu tərəfindən Şəhid edilən Türkiyə vətəndaşlarına qarşı edilən bu barbarlığı pisləyən ilahiyyatçı alim hər zaman Azərbaycanda və dünyadakı İslamofobiyanı tənqid edir.

Ölkədə hicaba qarşı aparılan mübarizədə Abgül Süleymanov öncüllərdən olur. O, bu məqsədlə təşkil olunan tədbirlərdə hicaba qarşı qadağanın insan haqlarına zidd olduğunu diqqətə çatdırır.

Hakimiyyətin yaratdığı süni hicab qadağasına etiraz olaraq 2010-cu ilin dekabrında iki mindən artıq insan Təhsil Nazirliyinin inzibati binasının önündə bu qanunsuzluğa etiraz edərək aksiya keçirdilər. Hicab qadağası ilə bağlı keçirilən aksiya və tədbirlərdə fəal iştirak edən Abgül Süleymanov 2011-ci ilin avqustunda həbs olunur. O, 1 il Milli Təhlükəsizlik Nazirliyində saxlanılır. 

2012-ci il avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Abgül Süleymanova 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsir.

O, "ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə və insanların itaətsizliyə təhrik etməkdə" təsqirləndirilir.

Hətta rəsmi məlumatlarda A.Süleymanovun saxlanılarkən üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülməsi, mənzilində odlu silah və sursat aşkarlanması haqqında xəbər verilirdi. 

Ona qarşı ilkin olaraq irəli sürülən ittihamlar arasında İranın Bakıdakı Mədəniyyət mərkəzi ilə əlaqələr və dövlətə qarşı fəaliyyət də var idi. Ancaq vəkili "Frans Press agentliyinə" deyib ki, məhkəmədə A.Süleymanovun Tehranla iddia olunan əlaqələrinə toxunulmayıb.

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net