Sentyabrın 28-nə ümumxalq mitinqi təyin edilib
Featured

14 Sentyabr 2019

Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-nə ümumxalq mitinqi təyin edib.

Bu barədə Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məlumat verib. Onun sözlərinə görə, həmin gün saat 15.00-da keçirilməsi nəzərdə tutulan aksiyanın 5 tələbi var; seçki islahatları, Qarabağa azadlıq, siyasi məhbuslara azadlıq, uşaqpulu və tibbi sığorta tələbi.

Milli Şura aksiyanın keçirilməsi üçün "28 May" metrostansiyasının, T.Bəhramov adına stadionun və Narimanov parkının qarşısındakı meydanları təklif edir. Təşkilat bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

"Mitinqin təşkilat komitəsinə səlahiyyətlər verilib ki, aksiyanın keçiriləcəyi yerlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılsın. Hansısa başqa kompramislər də əldə oluna bilər,"- deyə Əli Kərimli Meydan TV-yə açıqlamasında deyib.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.

Top
JoomlaLock.com All4Share.net