Qarabağ qazisinin polis idarəsində qabırğası sındırılıb-VİDEO
Featured

21 Oktyabr 2019

Milli Şuranın 19 oktyabrda təşkil etdiyi ümumixalq mitinqində iştirak edən Qarabağ qazisi Tofiq Yaqublu hadisə yerindən oğurlanıb. 20 oktyabrda onun Nəsimi Rayon Polis İdarəsində saxlanıldığı bəlli olub. Bu gün isə onun qızı Nigar Həzi bildirib ki, atasına polis idarəsində verilən işgəncə zamanı qabırğası sındırılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Nigar Həzi sosial şəbəkədə paylaşdığı statusunda atasına verilən işgəncədən danışıb: Tofiq Yaqubluya dəhşətli işgəncələr verilib. Əli arxadan qandallanaraq ağzı üstə yerə yıxıb 1 saat döyüblər. Coxlu yumruq, təpik vurublar. Vəkilin dediyinə görə sağ gözünün altında iri qançır var. Başında gözlə görüləcək qədər şişlər var. Sağ qolunu qaldıra bilmir. (28 mayda polis zorakılığına məruz qalanda xəsarət almışdı və həmin gündən bu yana qolunda bərk ağrı var idi) . Çox halsızdır.

P.s Döyərkən ona deyiblər ki, desin ki, səhv etmişəm. Çox güman ki, Əli Kərimliyə etdikləri kimi onun döyülməsini kameraya çəkiblər.
Bu qədər şiddətdən sonra onu kamersda saxlamaq vandallıqdır. Təcili Müalicə Müəssəsinə köçürülməlidir.
Bu şəraitdə ağrıları keçməyəcək. Həkim nəzarətində olmalıdır.
Əgər atama bir şey olsa bunun məsuliyyəti İlham Əliyevin üzərindədir!"

Top
JoomlaLock.com All4Share.net