Azərbaycanda yeni siyasi partiya yaranır-HƏP
Featured

25 Noyabr 2019

Noyabrın 24-də Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanov yeni siyasi partiya – Haqq Ədalət Partiyasının yaradılacağını elan edib.

Həmin gün siyasi partiyanın təkilat komitəsinin ilk iclası keçirilib.

"Biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik. Səsvermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçildilər," İnsanov facebook səhifəsində qeyd edib.

Təşkilat Komitəsinə keçmiş səfir, Yeni Azərbaycan Partiyasının sabiq fəalları, sabiq məhkəmə sədri, keçmiş polis zabiti, Qarabağ müharibəsi iştirakçısı, hüquqşünaslar, ictimai fəallar, jurnalistər daxildir.

Top
JoomlaLock.com All4Share.net