Erməni jurnalist Bakıda ermənilərin yəhudiyə çevrilməsini aşkarlayıb
Featured

26 Noyabr 2019

Erməni jurnalistdən maraqlı AÇIQLAMA: "Bakıda bir nəfər əvvəl yəhudi olduğunu dedi, təklikdə "erməniyəm" söylədi"

"Görüşlərimizdən birində buna qədər özünü yəhudi kimi təqdim edən şəxslərdən biri təklikdə söhbətimiz zamanı milliyətcə erməni olduğunu etiraf etdi".

Bu açıqlamanı Bakıda səfərdə olmuş erməni jurnalistlərdən biri – Artyom Yerkanyan "Azadlıq radiosu"nun Ermənistan xidmətinə açıqlamasında deyib.

Jurnalist həmçinin, Bakıda 30 min erməni milliyətindən olan şəxsin yaşamasına şübhə edərək, onların sayının dəfələrlə az olduğunu iddia edib.

Xatırladaq ki, "Şant" televiziyasının aparıcısı Artyom Yerkanyan, "Mediamaks" agentliyinin baş redaktoru David Alaverdyan və qondarma Qarabağ rejiminin "İctimai Televiziyası"nın əməkdaşı Edqar Elbakyan noyabrın 17-21-i tarixlərində Azərbaycana səfər ediblər. Eyni tarixlərdə azərbaycanlı jurnalistlər də Ermənistan və Qarabağda olub.(modern.az)

Top
JoomlaLock.com All4Share.net