Milli Məclis buraxılır-YAP qərar verdi

28 Noyabr 2019

Bu gün YAP-ın siyasi şurası qapalı iclas keçirib. İclasda Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edilib.

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Top
JoomlaLock.com All4Share.net