İstanbulda yeni il gecəsi qətliam törədən qatilin fotosu yanlış imiş
Featured

02 Yanvar 2017

Dekabrın 31-də İstanbulun Kadıköy bölgəsindəki "Reina" gecə klubunda qətl törədən qatilin fotosu yanlış imiş. 

VETENUGRUNDA-AZ-ıın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə fotosu paylanan Naim Sadakat adlı şəxs sosial şəbəkədə yazıb. O, sosial şəbəkədə polis idarəsində çəkdirdiyi fotosunu paylaşaraq "Dostlar, polis idarəsindəyik, ifadə verdik, çıxırıq. Bu yalan xəbərə etibar etməyin, sizdən bu barədə hər kəsi xəbərdar etmənizi xahiş edirəm" statusnu yazıb.

Top
JoomlaLock.com All4Share.net