İran böyük QƏLƏBƏNİ yaşayır-VİDEO
Featured

10 Fevral 2017

Bu gün İslam İnqilabının 38-ci ildönümü münasibətilə İranda təntənəli bayram tədbirləri keçirilir. 

Paytaxt Tehran şəhərində yerli vaxtla səhər saat 09:00-da yerli və xarici qonaqların iştirakı ilə rəsmi açılış mərasimi keçirilib. 

Hazırda paytaxt Tehran şəhərinin müxtəlif xiyabanlarından vətəndaşlar Azadlıq meydanına tərəf axın edir. Onlar “İstiqlal, Azadlıq, İslam Respublikası!”, “Amerikaya ölüm!”, “İsrailə ölüm” və s. şüarlar səsləndirir. Bundan əlavə, eyni vaxtda İranın 1000 şəhər və qəsəbəsində, eləcə də 4 min kəndində bayram mərasimləri və yürüşləri keçirilir.

Ümumilikdə bu mərasimləri 6000 jurnalist işıqlandırır. Onlardan  2750 yerli jurnalist və  həmçinin 25 ölkədən gəlmiş 250 jurnalist yalnız paytaxt Tehrandakı yürüşlə bağlı foto, xəbər və film  hazırlayır. 3000 jurnalist isə  digər əyalət və şəhərlərində İran xalqının milyonluq 22 Bəhmən  yürüşü ilə bağlı xəbərləri işıqlandırırlar. 

İran prezidenti Həsən Ruhani yürüş iştirakçıları qarşısında çıxış edəcək. Yürüşün sonunda isə 22 Bəhmən yürüşünün qətnaməsi oxunacaq.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Top
JoomlaLock.com All4Share.net