Tramp Ağ Evdə kürəkəni üçün xüsusi idarə açdı
Featured

27 Mart 2017

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə geniş səlahiyyətlərə malik yeni idarənin yaradılması barədə elan etməyi planlaşdırır.

"Washington Post" həmin idarənin rəhbəri vəzifəsinə Trampın müşaviri və kürəkəni, yəhudi əsilli Cared Kuşnerin təyin ediləcəyi barədə yazıb.

Yeni yaradılan idarənin vəzifələrinə federal bürokratik sistemin işinə nəzarət edilməsi və Trampın seçkiöncəsi verdiyi əsas vədlərin yerinə yetirilməsi üzrə işlərin aparılması aid olacaq.

İdarənin işçi ştatına gəlincə, məlumata görə, burada sabiq kommersiya rəhbərləri çalışacaqlar. Onların bir nömrəli vəzifəsi isə hökumətin işini yeni ideyalarla zənginləşdirmək olacaq.(trend)

Картинки по запросу jared kushner trump

ABŞ pezidenti Donald Trampın qızı İvanka və kürəkəni Kuşner

Top
JoomlaLock.com All4Share.net