İranlı tələbələr beynəlxalq bilik yarışmasında 2-ci oldular
Featured

25 Aprel 2017

Almaniyanın Ştuttqart şəhərində keçirilən 24-cü Gənc Alimlər Konfransı və Müsabiqələrində iştirak edən iranlı tələbələr komandası iki qızıl və 5 bürünc medal qazanmağı bacarıblar.

Aprelin 16-da başlayan bu yarışlarda 27 ölkə iştirak etmişdir. Yarışlar mühəndislik, kompyuter, fizika, riyaziyyat, ekologiya, səhiyyə kimi sahələr üzrə təşkil olunub.

Bir qızıl və bürünc medal qazanan Haniyə Hüseynzadə, qızıl medal qazanan Mehsa Dehqan Menşadi və bürünc medal sahibi Dalya Davodi, Fazilə Şəms Abadi, Kamyar Kərimi, Fəxri və Sara Cəlili bu müsabiqələrdə uğur əldə edən iranlı iştirakçılardır.

İran komandası Almaniya komandasından sonra ikinci yerə yüksələ bilib.

Top
JoomlaLock.com All4Share.net