İran xalqı şəhidlərini son mənzilə yola saldı-FOTOLAR
Featured

09 İyun 2017

İyunun 7-də İranda baş verən terror nəticəsində şəhid olanları bu gün son mənzilə yola salıblar.

VETENUGRUNDA.AZ-ın İran mediasına istinadən verdiyi xəbər görə, bu gün Tehranda cümə namazından sonra xalqın və İran İslam Respublikası rəsmilərinin geniş iştirakı ilə Tehran universitetinin qarşısında izdihamlı mərasim baş tutub. 

Tehran terror hücumları şəhidlərinin cənazələri ilə vidalaşma mərasimində İranın prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin sədri Əli Laricani və məhkəmə hakimiyyətinin sədri ayətullah Sadeq Amoli-Laricaninin iştirakı ilə İslam Şurası Məclisində keçirilib.

Tehran terror hücumları şəhidlərindən bir qrupunun cənazəsi müşayiət mərasimindən sonra Tehranın Beheşte Zəhra gülüstanının 50-ci bölməsində, hərəm müdafiəçiləri şəhidlərinin məzarlarının kənarında torpağa tapşırılıb.

Terrorçu İŞİD qrupunun tabeliyində olan ünsürlərın çərşənbə günü səhər İran İslam Şurası Məclisinə və Həzrət İmam Xomeyni(r.ə)-in pak hərəminə qarşı hücumları nəticəsində 17 nəfər şəhid olub, 52 nəfər də yaralanıb.

Əkrəm Hacızadə adlı şəxsin şəkli.

Əkrəm Hacızadə adlı şəxsin şəkli.

Əkrəm Hacızadə adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net