Tehran terrorunun təşkilatçısı öldürüldü
Featured

13 İyun 2017

İranın Təhlükəsizlik naziri Tehran terroruna başçılıq edən şəxsin ölkədən xaricdə öldürülməsindən xəbər verib.

İranın Təhlükəsizlik naziri Tehran terroruna başçılıq edən şəxsin ölkədən xaricdə öldürülməsindən xəbər verib. Bu barədə mediaya açıqlama verən Seyid Mahmud Ələvi, ölkədən qaça bilən terror aktlarının təşkilatçısının bölgənin təhlükəsizlik sistemlərinin dəstəyi ilə öldürüldüyünü bildirib.

Son 3 gündə 43 terrorçunun saxlanıldığını deyən Ələvi Tehran terrorunun təşkilatçısının ölkədən qaçmağa nail olsa da, bölgədə olan həmkarlarının yardımı ilə zərərsizləşdirilib: "O ölkənin sərhəd bölgələrində məskunlaşıb və hadisə törədildikdən sonra ölkəni tərk edib. Son 3 ildə çox sayda terror hadisəsini zərərsizləşdirə bilmişik. Ötən illərdə ay ərzində 2 və ya 3 terror qrupu aşkarlanırdısa, ötən ay hər gün bir terror qrupu zərərsizləşdirilib".

Top
JoomlaLock.com All4Share.net