Türkiyədə azərbaycanlı “canlı bombalar” tutuldu - ADLAR

16 İyun 2017

Türkiyənin Suriya ilə sərhəd Kilis bölgəsində üzərlərində çoxlu miqdarda partlayıcı maddə və canlı bomba jileti olan 5 İŞİD üzvü yaxalanıb. Onlardan 3-ü Azərbaycan vətəndaşıdır.

Terrorçular İmanlı kəndi yaxınlığında polis və jandarma qüvvələrinin birgə keçirdiyi əməliyyatda yaxalanıb.

Bunlar Azərbaycan vətəndaşları, 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova və 42 yaşlı Nazənin Zeynalova, habelə 44 yaşlı Anaçtaçnır Pozdiva və Bosniya hökuməti tərəfindən axtarılan 37 yaşlı Begzat Şapiçdir.

Terror təşkilatı mənsubları polisdə dindirildikdən sonra məhkəmə tərəfindən onların barəsində həbs qətimkan tədbiri seçilib.

Türkiyənin təhlükəsizlik qüvvələri həmin İŞİD-çilərin bölgədə intiharçı terror hücumu planlaşdırdıqlarını ehtimal edilir.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net